15 Dekabr 2017, Cümə - 23:55

M.Ferstappen çətin ötmələrdən həzz alır

M.Ferstappen çətin ötmələrdən həzz alır

Müəllif: Rauf Hacıyev, redaktor

21:01 - 25 Aprel, 2017

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, bu il ötmələr çətinləşdiyi üçün sürücülər daha çox əziyyət çəkməli olurlar və buna görə də ötmələr həzz verir.

F-1.az xatırladır ki, yeni mövsümdə bolidlərin asfaltlayatma qüvvəsi artdığı üçün əylənmə zonaları qısalıb. Buna görə də ötmələr daha çətin olub. Keçən il 3 yarışdan sonra 220 ötmə olmuşdusa, bu il cəmi 65 ötmə izləyə bilmişik.

Amma sayı azalsa da, Çin və Bəhreyndə ötmələrin keyfiyyəti daha yüksək idi. Keçən il 78 ötmə edərək rekord qıran Ferstappen düşünür ki, bu il vəziyyət daha yaxşıdır: “Ötmə etmək keçən ilə nisbətən çətin olsa da, bu pis hal deyil. Əgər təkərləriniz yenidirsə, 1-2 dövrə maksimum həddə gedə bilirsiniz. Bu il DRS ötmələrə kömək edə bilmir. Çində ötmələrin çoxu DRS olmadan reallaşdı. Bu, bizə və sizə daha çox həzz verir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 073
Teqlər ,
Paylaş

logo