19 Oktyabr 2017, Cümə axşamı - 00:06

M.Arrivabene: “Gücümüzü göstərdik”

M.Arrivabene: “Gücümüzü göstərdik”

Müəllif: Rauf Hacıyev, redaktor

16:16 - 29 Avqust, 2017

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, narahat olsalar da, Belçikada mükəmməl performans göstəriblər.

F-1.az xatırladır ki, yay tətilindən sonra Belçika və İtaliya yarışlarında Mercedes qətiliklə favorit göstərilirdi. Lakin Fettel yarış ərzində lider Həmiltonla eyni tempdə gedə bildi.

Mauritsio Arrivabene: “Bu yarışdsn əvvəl Mercedes əsas favorit kimi görünürdü. Buna baxmayaq, son dövrəyə qədər mübarizəni davam etdirdik. Seb əla yarışdı və Təhlükəsizlil Avtomobili trasdan çıxdıqdan sonra Həmiltona çox yaxın idi. Kiminin cəza alması çox pis oldu. Buna görə yarım dəqiqə itirdi. Amma restartda gözəl ötmə ilə yerini qaytardı. SF70H çox rəqabətədavamlı olduğunu isbatladı. Komanda həm trasda, həm də Maranelloda böyük motivasiya və qərarlılıqla işlədi. Yenə də inkişaf etməliyik. Növbəti yarış öz evimizdə – Montsada olacaq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 8. 727
Teqlər , , , ,
Paylaş

logo