17 Dekabr 2017, Bazar - 12:13

M.Arrivabene: “Fettelə verilən cəza ədalətsiz idi”

M.Arrivabene: “Fettelə verilən cəza ədalətsiz idi”

Müəllif: Rauf Hacıyev, redaktor

03:35 - 01 Noyabr, 2016

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, Sebastyan Fettelə verilən cəza ədalətsizdir..

F-1.az xatırladır ki, Fettel Rikkardoya qarşı müdadiə olunarkən əylənmə zonasında trayektoriya dəyişdirdiyi üçün nəticəsinə 10 saniyə əlavə olunmuşdu. Almaniyalı sürücü bu cəzadan sonra 3-cü yerdən 5-ci yerə geriləyib. Rikkardo üçüncü, Ferstappen isə dördüncü yeri tutublar.

Mauritsio Arrivabene: “Podiuma sonuna qədər layiq idik. Bütün komanda yaxşı işlədi və sürücülər də əla performans göstərdilər. Heyif ki, podium ədalətsiz qərar ilə əlimizdən alındı”.

Arrivabene son hadisələrə görə məyus olsa da, Horner çox sevinclidir: “Yaponiya yarışından sonra əylənmə zonasında trayektoriya dəyişilməsi ilə bağlı çox müzakirə aparıldı. Keçən həftə də yeni qayda qəbul olundu. Fettel açıq-aşkar əylənmə zonasında trayektoriya dəyişdirdi. Qaydalar belə olmasa, heç nə olmazdı. Sebastyan 10 saniyə cəza aldı və sürücülərimiz 3-cü və 4-cü yeri tutdular. Stüardların qərarına görə sevincliyəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 155
Teqlər , , , , , , ,
Paylaş

logo