L.Həmilton: “Fettelə cavab verə biləcək yeganə sürücü mənəm”

Press Association agentliyinə müsahibəsində McLaren-in sürücüsü Lyuis Həmilton bildirib ki, Sebastyan Fettelə qarşıdakı yarışlarda müqavimət göstərə biləcək yeganə sürücü məhz […]

Press Association agentliyinə müsahibəsində McLaren-in sürücüsü Lyuis Həmilton bildirib ki, Sebastyan Fettelə qarşıdakı yarışlarda müqavimət göstərə biləcək yeganə sürücü məhz odur. Britaniyalı sürücünün sözlərinə görə, qarşıdakı iki yarış keçiriləcək traslarda sürətli döngələr yoxdur, ona görə də Fettel ondan uzaqlaşa bilməyəcək.

Lyuis Həmilton: “Hazırda Sebastyana cavab verə biləcək yeganə sürücü mənəm. Maşınımın sürəti RB7-yə uduzsa da, mən maşınımdan razıyam. Qarşıdakı traslar İspaniyaya bənzəmir – Barselonada aerodinamika vacib rol oynayır, ona görə də Fettel məndən asanlıqla uzaqlaşa bilirdi. Növbəti yarışlarda isə mənim onu keçmək imkanım olacaq.”

Bu həftə keçiriləcək Monako Qran Prisində 2008-ci ildə Lyuis qələbə qazanmışdı, amma Fettel hələ knyazlığın küçələrində qələbə qazana bilməyib…

Lyuis Həmilton: “Düşünürəm ki, Monakoda biz sürətli olacayıq. Bu trasda da asfalta yatma qüvvəsi vacibdir, amma bizim maşın orta sürətli və yavaş döngələrdə pis deyil. Çox güman ki, geriqalma az olacaq. Mən bu trasda elə bir yer görmürəm ki, orda onalr bizdən uzaqlaşa bilsinlər, axı Monte Karloda sürətli döngə yoxdur.”

Monakodan sonra sürücülər Kanadaya yollanacaqlar, britaniyalı sürücü bu trasda iki dəfə qələbə qazandığı halda, Fettelin bu trasda da uğuru yoxdur…

Lyuis Həmilton: “Monrealda mən həmişə sürətli olmuşam, bu trasda da sürətli döngələr yoxdur, ona görə də ümid edirəm ki, biz Seblə bərabər olacayıq. Yəni qarşıdakı iki yarışda mənim 50 xal qazanmaq imkanım var. ”

Xatırladaq ki, mövsümün ilk beş yarışından sonra Sebastyan Fettel Lyuis Həmiltonu 41 xal qabaqlayır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*