L.di Montedzemolo: “Nəticələr komandanın səviyyəsinə uyğun deyil”

Üç səfər Qran Prisindən sonra Ferrari Avropaya aktivində cəmi 50 xalla qayıdır. Yeni 150° İtalia sıralanma turunda rəqiblərinə çox uduzur […]

Üç səfər Qran Prisindən sonra Ferrari Avropaya aktivində cəmi 50 xalla qayıdır. Yeni 150° İtalia sıralanma turunda rəqiblərinə çox uduzur və hələlik sürücülərə bir dəfə də olsun podium qazanmağa imkan verməyib.

Komandanın başçısı Stefano Domenikali və bəzi mühəndislər artıq bu gün səhər Maranelloya çatıblar, bazada işləyən mühəndislərlə birlikdə onlar geridə qalan yarışları təhlil edəcəklər və mövsümün Avropa hissəsindən əvvəl 150° İtalia-nın inkişaf proqramını tərtib edəcəklər. Komandanın rəhbərliyi ilə Luka di Montedzemolo da görüşüb və Skuderiyanın mətbuat xidməti prezidetin fikrini sayta yerləşdirib…

Luka di Montedzemolo: “Bu nəticələr komandanın səviyyəsinə uyğun deyil və uyğun da ola bilməz. Bu çox məsuliyyətli andır və mən bizim mühəndislərdən maksimum innovasiyalı yanaşma gözləyirəm, onlar bütün bacarıqlarını səfərbər etməklə, realizə etməklə çox qısa zamanda maşının effektliyini artırmalıdırlar. Mən istəyirəm ki, Ferrari bizim və bizim azarkeşlərin gözlədiyi səviyyədə çıxış etsin.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*