19 Oktyabr 2017, Cümə axşamı - 03:44

L.Stroll xal ala bilmədiyi üçün məyusdur

L.Stroll xal ala bilmədiyi üçün məyusdur

Müəllif: Rauf Hacıyev, redaktor

19:09 - 01 May, 2017

Rusiya Qran Prisində Formula1 karyerasında ilk dəfə damalı bayraq görən Ləns Stroll bildirib ki, xal ala bilmədiyi üçün məyusdur.

F-1.az xatırladır ki, kanadalı sürücü ilk 3 yarışda cəmi 52 dövrə vura bilmişdi. Amma 18 yaşlı sürücü Rusiya yarışını 11-ci yerdə tamamlayaraq, Formula1-də ilk dəfə damalı bayrağa sevinib. Qeyd edək ki, Stroll yarışa yaxşı start versə də, birinci dövrədə yerində fırlanaraq sonuncu yerə düşüb.

Ləns Stroll: “Heyif ki, xal qazana bilmədim. Yaxşı start aldım və deyəsən, 8-ci yerdə idim. Daha sonra təhlükəsizlik avtomobili çıxanda porebrikə ilişib yerimdə fırlandım və sonuncu yerə düşdüm. Boliddə problem olmasa da, sonuncu yerə düşmək bütün şanslarımı bitirmişdi. Yerimdə fırlanandan sonra təkərlərim zərər görmüşdü və bolidi trasda tutmaqda çətinlik çəkirdim. Pitdən sonra bolid yaxşı vəziyyətdə idi və yuxarı pillələrə yüksəlməyə başladım. İlk dəfə yarışı bitirdiyimə görə sevinsəm də, yerimdə fırlanmağıma görə xalsız qaldım”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 312
Teqlər , , ,
Paylaş

logo