20 Noyabr 2018, Çərşənbə axşamı - 02:13

L.Stroll: “Qəzanın yeri yox idi”

L.Stroll: “Qəzanın yeri yox idi”

Müəllif: Rauf Hacıyev, redaktor

18:09 - 10 Aprel, 2017

Williams komandasının sürücüsü Ləns Stroll ilk dəfə çıxdığı Çin yarışında çınqıllı sahəyə düşərək mübarizəni dayandırıb.

F-1.az xatırladır ki, kanadalı sürücü yarışa 10-cu yerdən başlayıb və startdan sonra 10-cu döngənin çıxışında Serxio Peresin arxadan etdiyi təmas nəticəsində mübarizəni vaxtından əvvəl dayandırmalı olub.

Ləns Stroll: “Onuncu döngəni dönəndə arxadan bir təmas hiss etdim və daha sonra çınqıllı sahəyə çıxdım. Çınqıllı sahədən bolidi çıxara bilmədim və yarış mənim üçün bitdi. O döngəyə girəndə öndə olduğumu bilirdim və öz trayektoriyamla getdiyim yerdə nə olduğunu anlamadan trasdan kənara çıxdım. Sıralanma turundakı gözəl performansdan sonra yarışı bu cür bitirmək pis oldu. Amma həftəsonundam xoş təəssüratlarla ayrılıram. Sıralanma turunda gözəl performans göstərdim və buna görə də sevincliyəm. Ümid edirəm ki, Bəhreyndə ilk xallarımı qazanaram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 772
Teqlər , , ,
Paylaş

logo