22 Aprel 2018, Bazar - 06:44

L.Norris: “Leklerdən güclüyəm”

L.Norris: “Leklerdən güclüyəm”

Müəllif: Rauf Hacıyev, redaktor

13:09 - 26 Dekabr, 2017

McLaren komandasının gənc üzvü Lando Norris bildirib ki, Formula2-də Şarl Leklerdən güclü olduğunu sübut etmək istəyir.

F-1.az xatırladır ki, Ferrari Sürücü Akademiyasının yetirməsi olan Lekler GP3 və Formula2-də çempion olduqdan sonra Formula1-də özünə komanda tapa bilib.

Norris də bu il European F3 seriyasında çempion olub və gələn il Formula2-də yarışacaq.

Lando Norris: “Qalib gəlmək istəyirəm. Leklerdən güclü olduğumu isbatlamaq istəyirəmsə, daha güclü olduğumu sübut etməliyəm. Carlin komandası ilə qalib gəlsəm, daha güclü olduğumu göstərmiş olacam. Çünki Carlin Leklerin çempion olduğu Prema-ya nisbətən zəif komandadır. Əgər Prema-da yarışsam, daha yaxşı yerdən başlamış olardım.

Məncə, ikinci və ya üçüncü olmaq Prema ilə qalib gəlmək kimidir. Bu kateqoriyada hər şey tez-tez dəyişir və qalib gəlmək çətin olacaq. Lekler bunu sübut etdi. Carlin-lə çətin olsa da, əminəm ki, mövsümün ortasından etibarən Prema qədər güclü ola bilərlər”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 98
Teqlər , , ,
Paylaş

logo