L.Həmilton: “Yeni bolid çox sürətlidir”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, yeni bolid keçənilkinə nisbətən sürətlidir.

F-1.az xatırladır ki, britaniyalı sürücü testlərin son günündə 1:19.333 zaman nəticəsi göstərərək, həftəni birinci yerdə bağlayıb.

Lyuis Həmilton: “Əvvəlki bolidin təkamülüdür. Daha yaxşı təkərlərimiz var və yeni asfalt qatında hər şey qaydasındadır. İndiyə kimi hər şey yaxşıdır. Testləri sevmirəm, amma bu gün sürmək həyəcanlı idi. Çünki çox dövrə vura bilməmişdik. Performansın haradan qaynaqlandığını demək çətindir. Gələn həftə bunu anlayacağıq. Amma keçənilki boliddən çox sürətlidir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*