20 Noyabr 2017, Bazar ertəsi - 13:18

L.Həmilton: “Var qüvvəmlə dövrə vurdum”

L.Həmilton: “Var qüvvəmlə dövrə vurdum”

Müəllif: Rauf Hacıyev, redaktor

20:13 - 24 İyun, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, poul qazandığı dövrədə əlindən gələni edərək, ən yaxşı nəticəni göstərib.

F-1.az xatırladır ki, britaniyalı sürücü 1:40.593-lük zaman nəticəsi ilə Bakıdakı ilk, karyerasının 66-cı poulunu qazanıb.

Lyuis Həmilton: “Son illərdə atdığım ən həyəcanverici dövrə idi. İlk cəhdimdə səhv etdim və buna görə də istədiyim nəticə alınmadı. Xüsusən də, təkərləri qızdıra bilmirdim və üzərimdə təzyiq var idi. Amma bütün çətinliklərə baxmayaraq, bacardım. Bilirdim ki, Valtteri yaxşı nəticə ilə gedir və önümdə idi. Son sektorda əlimdən gələni etdim və ehtiyacım olanı aldım. Ümid edirəm ki, sabahkı yarışda da tempimizi saxlayaraq, ilk iki yeri tutarıq. Ferrari bu gün bizdən geri qalsa da, yarış tempində güclüdürlər və onlardan ehtiyatlı olmalıyıq”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 367
Teqlər , , , ,
Paylaş

logo