23 Oktyabr 2017, Bazar ertəsi - 14:02

L.Həmilton problemlərin təkrarlanmayacağına əmindir

L.Həmilton problemlərin təkrarlanmayacağına əmindir

Müəllif: Rauf Hacıyev, redaktor

10:07 - 12 May, 2017

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, İspaniya yarışında Soçidə yaşadığı problemlərlə üzləşməyəcək.

F-1.az xatırladır ki, britaniyalı sürücü Rusiyada bütün həftəsonu ərzində komanda yoldaşı Bottasdan geridə qalaraq, yarışı 4-cü yerdə bitirmişdi. Finlandiyalı sürücü isə karyerasında ilk qələbəsini qazanmışdı.

Lyuis Həmilton: “Biz səhvin harada olduğunu başa düşdük. Dövrə-dövrə hər şeyi təhlil etdik. Hazırda komanda daha təchizatlıdır. Amma deyə bilmərəm ki, bu həftəsonu daha yaxşı olacaq. Buna ancaq ümid edirəm. Hamı buraya yeniliklərlə gələcək və çalışacağıq ki, bolidi əvvəlki mövqeyinə qaytaraq. Rusiyada təkərlə bağlı problem yaşadım. Təkərlər işçi rejimində az gedirdi. Buna görə də istədiyim performansı göstərə bilmədim”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 451
Teqlər , , ,
Paylaş

logo