24 Oktyabr 2017, Çərşənbə axşamı - 04:35

L.Həmilton Ken Blokun Ford Mustang-ını almaq istəyib

L.Həmilton Ken Blokun Ford Mustang-ını almaq istəyib

Müəllif: Ruslan Musayev, redaktor

16:11 - 09 Yanvar, 2016

Formula1 üzrə üçqat dünya çempionu Lyuis Həmilton məşhur «cimxana» ustası olan Ken Bloka məxsus olan 845 at qüvvəli drift üçün hazırlanmış Ford Mustang avtomobilini almaq fikrinə düşübmüş. Lakin, Auto und Motor Sport dərgisinin bildirdiyinə görə, alqı-satqı müəyyən səbəblərdən baş tutmayıb…

“Lyuis Həmilton mənim Mustang-ımı almaq istəyirdi. Amma avtomobilin qiymətini eşidən kimi, ona olan marağını itirdi,” – deyə Ken Blok açıqlama verib.

Hazırda Həmilton McLaren P1 və Pagani Zonda kimi superkarların sahibidir. Ken Blok isə müasir idman avtomobillərini almağı planlaşdırmadığını bildirib. Kenin fikrincə onun ralli avtomobilindən yavaş olan digər avtomobilə yüz minlərlə dollar xərcləməyin mənası yoxdur.

Drift üçün nəzərdə tutulmuş Ford Mustang maşını ASD Motorsport & RTR şirkətinin xüsusi sifarişi əsasında hazırlanıb. İstehsalına iki il sərf olunan avtomobil üçün nadir asılqan və kuzov panelləri hazırlanıb.

F-1.az Autograph.az-a istinadən bildirir ki, tam dartma sistemi olan kupe, 845 at qüvvəsinə malik 6.7 litrlik yarış mühərriki, Sadev firmasının altıpilləli ötürmələr qutusu, hidravlik əl əyləci və pilotun tələb etdiyi tərkibdə hazırlanmış Pirelli şinləri ilə təchiz edilir. Bu avtomobil Blokun “cimxana”sının yeddinci hissəsində çəkilib…

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə Autograph.Az
Baxış Sayı 170
Teqlər , , , ,
Paylaş

logo