L.Həmilton Call of Duty oyununda yer alacaq

Lyuis Həmilton bütün Dünyada məşhur olan Call of Duty oyununda yer alacaq...

F-1.az bildirir ki, Lyuis Həmilton məşhur film ulduzları olan Kevin Speysi və Sarah Mişel Qelların ayaq izlərini izləyəcək və növbəti CoD oyununda yer alacaq.

Son həftələrdə belə söz-söhbətlər var idi ki, Həmilton Call of Duty-nin yeni seriyası olan Call of Duty İnfinite Warfare-də olacaq. Amma Fransanın M6 kanalında Həmiltonla aparılan çəkilişlərdən görüntülərin yayımlanması bu məlumatı dəqiqləşdirib.

Həmilton oyunda 6 səhnədə göstəriləcək və Los Ancelesdə bir səhnədə danışacaq.

Britaniyalı sürücü bu barədə danışıb: “Mən qrafika cəhətdən geridə qalan Super Mario oyunu ilə böyüdüm. İndiki oyunlar isə inanılmazdır. Bu, doğrudan da, mükəmməldir. Bu roldan xoşum gəldi. Əla təcrübə idi. Bu cür oyunun bir parçası olduğum üçün özümlə fəxr edirəm. Uzun illərdir ki, bu oyunun fanatıyam”.

Qeyd edək ki, Call of Duty Warfare oyunu noyabrın 4-də satışa çıxarılacaq.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*