16 Dekabr 2017, Şənbə - 01:45

L.di Montedzemolo: “Ferrari risk edib”

L.di Montedzemolo: “Ferrari risk edib”

Müəllif: Rauf Hacıyev, redaktor

06:13 - 02 Mart, 2017

Ferrari-nin sabiq prezidenti Luka di Montedzemolo bildirib ki, “qırmızılar” yeni bolidin dizaynı ilə bağlı risk edib.

F-1.az xatırladır ki, Ferrari komandası testlərin ilk 3 günündə mükəmməl nəticələr göstərib.

Amma Montedzemolo düşünür ki, Ferrari italyan mühəndislərlə işləməkdə səhv edib: “Ferrari bu il risk etdi. Bolidi italyan konstruktorlara həvalə etdilər. Bu qərar mənə qəribə gəldi. Çünki Formula1-də uğur qazanmaq üçün ən yaxşıları transfer etməlisiniz. Təbii ki, bu, ölkə üçün yaxşıdır, amma bir ölkənin mühəndisləri ilə uğur qazanmaq asan olmayacaq. Sebastyan da gözləntiləri qarşılaya bilmədi. Gələndən bəri 3 yarış qazanıb. Builki bolidin də rəqabətədavamlılığı 2-3 yarışdan sonra bilinəcək. Yarışlardakı nəticələrə görə müqavilə uzatmağa qərar verəcək”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 109
Teqlər ,
Paylaş

logo