23 Noyabr 2017, Cümə axşamı - 22:32

A.Kukerella Ferrari-yə keçib

A.Kukerella Ferrari-yə keçib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:38 - 22 Yanvar, 2015

Yeni mövsümün startı ərəfəsində Ferrari-nin texniki heyətində dəyişikliklər davam edir. Keçən həftə biz xəbər vermişdik ki, yeni maşın üzərində işə […]

Yeni mövsümün startı ərəfəsində Ferrari-nin texniki heyətində dəyişikliklər davam edir. Keçən həftə biz xəbər vermişdik ki, yeni maşın üzərində işə Rori Börn cəlb olunub. İtaliyada dərc olunan Omnicorse bu gün xəbər yayıb ki, keçmiş HRT komandasının texniki direktoru Antonio Kukerella da Ferrari-yə dəvət olunub.

Ferrari isə bu məlumatı şərh etməyib, amma hələ təsdiqlənməmiş məlumatlara görə, ispaniyalı mütəxəssis Rikkardo Adami və Devid Qrinvudun – Sebastyan Fettelin və Kimi Rəykkönenin yarış mühəndislərinin işlərinə trasda nəzarət edəcək.

F-1.az xatırladır ki, Antonio Kukerellanın Formula1-də zəngin təcrübəsi var. Çempionatda 2006-cı ildə Super Aguri komandasında yarış mühəndisi kimi debüt edib, 2008-ci ildə BMW Sauber komandasına keçərək Robert Kubitsanın yarış mühəndisi olub. 2009-cu ilin sonunda çempionata gəlməyə hazırlaşan Adrian Kamposun layihəsinə qoşulub və 2012-ci ildə HRT komandasının texniki direktoru təyin olunub. HRT komandasının müflisləşməsindən sonra Kukerella DTM seriyasında BMW ilə əməkdaşlığını davam etdirib.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 408
Teqlər , , , , , , , , , , , , ,
Paylaş

logo