12 Dekabr 2017, Çərşənbə axşamı - 03:00

Necə işləyir: Komanda körpüsü

Necə işləyir: Komanda körpüsü

Müəllif: Afgan Haji, redaktor

20:03 - 04 May, 2017

Komanda körpüsündə çox vaxt yarışların taleyinin həll olunduğu qərarlar qəbul edilir. Mercedes AMG-in direktoru Ron Midous çempion komandasının işinin pit-uollda təşkili haqqında F-1.az-a danışıb.

Ron Midous: “Həftəsonunun bütün sessiyaları ərzində komanda körpüsündə beş nəfər olur. Onlardan hər birinin öz rolu və məsuliyyət zonası var. Sağ tərəfdə bizim maşının texniki vəziyyətini izləyən baş mühəndisimiz Saymon Koul əyləşir. Bokslarda çoxsaylı mütəxəssislər maşının müxtəlif sistemlərinə nəzarət edirlər, amma məhz Saymon qərar qəbul edir, əgər, məsələn, əyləclərin aşınması güclənibsə və ya temperatur artıbsa.

Saymondan solda baş strateqimiz Ceyms Vauls oturur. Məhz o, bokslara nə vaxt pit-stopa girmək və hansı təkərlərdən istifadə etmək lazım olduğu barədə qəti qərar qəbul edir. Ceymsin, stimulyatorda işin getdiyi və müxtəlif variantların hesablandığı Brekli və ya Briksuortdakı mühəndislərlə birbaşa əlaqəsi var.

Ceymslə yanaşı daha bir Ceyms – Əllison, bizim yeni əməkdaşımız oturur. Texniki direktor rolunda o həm trasda və həm də bazada bizim işimizə rəhbərlik edərək, texniki məsələrə görə cavabdehlik daşıyır. Onun digər komandalarda çalışarkən əldə etdiyi komanda körpüsündə böyük iş təcrübəsi vardır, o, bizimlə öz biliklərini bölüşür.

Ceymslə yanaşı Endi Şovlinin, baş yarış mühəndisinin yeri var. Onun vəzifəsi – hər bir yarış həftəsonunda maşından maksimal səmərəliliyə nail olmaqdır. O, komandanın bütün mühəndisləri, o cümlədən də Bono və Toni (Lyuis və Valtterinin yarış mühəndisləri) ilə sıx işləyir. Endi təkcə hər iki maşının sürətli olmasına deyil, həm də hər iki pilotun mühəndislərinin komandada olan məlumatlardan hali olmalarına göz qoyur.

Endinin yanında mənim yerim var. Mənim vəzifəm – FİA-nın, bizdə meydana çıxa biləcək istənilən problemini həll etməkdir. Biz göz qoyuruq ki, komandanın hərəkətləri idman reqlamentini pozmasın, yarış zamanı bütün cərimələri araşdırıram, pit-stop vaxtı düzgün təkər taxmağımıza göz qoyuram.

Komanda körpüsündə bizim hər birimizin üç monitoru var. Yuxarıdakı – hamı üçün eynidir – burada televiziya yayımı və tayminq əks olunur. İkinci monitoru öz istəyinizə uyğun sazlamaq olar, amma əksəriyyətində ona bizim proqram təminatımız çıxarılıb. Onun köməyi ilə strategiyanın müxtəlif variantları oxunur. Həmin monitora trasın xəritəsini, maşınların GPS-nişanını, eləcə də FİA məlumatları olan pəncərəni çıxarmaq olar.

Aşağı monitora adətən maşınlardan telemetriya çıxarılır. Monitor xüsusi olaraq üfüqi vəziyyətdə yerləşdirilib ki, digər komandalar nəzər yetirə bilməsinlər. Bundan başqa, həmin monitordan elektron poçtun və məlumatlarla mübadilənin xüsusi sistemi vasitəsilə FİA ilə birbaşa bağlanmaq mümkündür.

Komanda körpüsündə bizə pilotlar və mexaniklərlə əlaqə saxlamağa imkan yaradan və pit-stop haqqında məlumat verən kommunikasiya paneli var. Mən Çarli Uaytinqlə, o da mənimlə birbaşa əlaqə qura bilər. O, məni çağırdıqda paneldə müvafiq indikator yanmağa başlayır. Mənim FİA-nın texniki nümayəndəsi Co Bauerlə birbaşa əlaqəm var. Mənim Lyuis və Valtterinin yarış mühəndisləri ilə ümumi radio kanalımız var ki, bütün komanda üçün əlçatandır. Burada biz bir-birimizlə öz ideyalarımızı bölüşürük”.

Red Bull komandasının mətbuat xidməti də iki il əvvəl öz komanda körpüsündə vəzifə bölgüsünü açılqlamışdı…

 


Son Xəbərlər

İnformasiya

Bölüm Texniki analiz
Mənbə
Baxış Sayı 7. 803
Teqlər , , , , , , ,
Paylaş

logo