16 Dekabr 2017, Şənbə - 20:58

K.Uilyams: “Formula1-də qadın sürücülər olmalıdır”

K.Uilyams: “Formula1-də qadın sürücülər olmalıdır”

Müəllif: Rauf Hacıyev, redaktor

17:54 - 12 İyul, 2016

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, Formula1-də qadın sürücülər çıxış etməlidirlər.

F-1.az xatırladır ki, Williams komandası qadın sürücü ilə rəsmi protokollara düşən son komandadır. Keçən il Britaniyada Syuzi Volff Williams komandası ilə sərbəst yürüşlərə çıxaraq, 13-cü nəticə göstərmişdi. Syuzi təqaüdə çıxdıqdan sonra isə Formula1-də qadın sürücü yoxdur.

Kler Uilyams qadın sürücülərin Formula1-də çıxışını dəstəkləyir: “İstəyərəm ki, peletonda qadın sürücü olsun. Ancaq sırf qadın sürücü olsun deyə, hər hansı birisinı Formula1-ə gətirmək doğru deyil. Formula1 istedada önəm verən idman növüdür və buna görə də yaxşının yaxşısı olmalısınız. Sürücü heyətimizdə bir qadın sürücünün olmasını istəyərəm, ancaq bunu sırf qadın olduğu üçün etmək istəmirəm. O, bu işi görə bilməlidir və buraya layiq olmalıdır”.

Formula1-də qadın sürücülər olmasa da, qadın komanda rəhbərləri var. Bunlardan biri Kler Uilyams, digəri isə Sauber-in rəhbəri Monişa Kaltenborndur. Kler qadınların rolunun digər sahələrdə də artacağına ümid edir. “Mənzərə artıq dəyişir. Gün keçdikcə Formula1-də qadınların sayı artır və bu yaxşı haldır. Aerodinamika və mühəndislik sahələrində çoxlu qadın işçilər var. Bunları görmək gözəldir, amma davamlı olmaq üçün daha çox işləməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 167
Teqlər , , ,
Paylaş

logo