14 Dekabr 2018, Cümə - 12:24

K.Uilyams Britaniya İmperiyası Ordeninə layiq görülüb

K.Uilyams Britaniya İmperiyası Ordeninə layiq görülüb

Müəllif: Rauf Hacıyev, redaktor

14:27 - 11 İyun, 2016

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams cümə günü verilən açıqlamaya görə Britaniya İmperiyası Ordeninə layiq görülüb.

F-1.az xatırladır ki, ser Frənk Uilyamsın qızı Kler Uilyams 2002-ci ildə Williams komandasına qoşulmuş və komandada rəhbər köməkçisi vəzifəsinə qədər yüksəlib. 39 yaşlı Uilyams gördüyü işlərə görə Williams komandasının 2014 və 2015-ci illərdə üçüncü olmasında böyük rol oynayıb.

Uilyams bu uğurlarından sonra Kraliçanın 2016-cı ildəki ad günü şənliyinin şərəf siyahısında olacaq.

Kler Uilyams: “Bu gün mənim üçün qürurverici bir gündür. Bu məni doğrudan da təəccübləndirdi. Mənə bu ada layiq görməkləri məni qürurlandırır. Sevdiyim işlə məşğul olduğum üçün çox şanslıyam. Ailə mirasımızda işləmək mənim üçün üstünlükdür. Formula1-in və Williams-ın İngiltərədəki uğurunu davam etdirmək üçün əlimdən gələni edəcəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 290
Teqlər , ,
Paylaş

logo