18 Avqust 2018, Şənbə - 03:07

K.Uilyams: “Bizi maraqlı transfer söz-söhbətləri gözləyir”

K.Uilyams: “Bizi maraqlı transfer söz-söhbətləri gözləyir”

Müəllif: Rauf Hacıyev, redaktor

22:42 - 13 Mart, 2016

Mövsümün sonunda bəzi pilotların komandaları ilə müqavilələri başa çatır. Williams komandasının rəhbərinin köməkçisi Kler Uilyams düşünür ki, Formula1-də maraqlı transfer söz-söhbətləri gözlənilir.

F-1.az xəbər verir ki, mövsümün sonunda sürücülərin 75 faizinin komandaları ilə müqavilələri başa çatacaq və onlardan bəziləri təqaüdə çıxacaq, bəziləri isə özlərinə yeni komanda axtaracaq.

Mercedes AMG komandasından Niko Rosberqin müqaviləsi mövsümün sonunda başa çatır. Onun komanda yoldaşı Lyuis Həmiltonun müqaviləsi isə 2018-ci ilin sonunadək davam edəcək.

Bu mövsüm də bütün gözlər Ferrari komandasının üzərində olacaq. Kimi Rəykkönen 2015-ci ildə komandası ilə müqaviləsini bir il uzatmışdı. Qeyd edək ki, Valtteri Bottas, Daniel Rikkardo və Niko Hülkenberq keçən ilin avqust ayında Rəykköneni əvəz etmək üçün əsas namizəd idilər.

Sürücülər üçün digər vakansiyalar isə Red Bull, McLaren Honda və Williams komandalarında əmələ gələ bilər.

Kler Uilyams bu barədə fikirlərini bildirib: “Bəzi sürücülərin müqavilələri mövsümün sonunda başa çatır.

Bu, stul tutmaq oyunu kimi olacaq və doğrudan da həyəcanlıdır. Bu, təkcə komandalar üçün yox, fanlar üçün də həyəcanvericidir”.

Kler Uilyams komandanın developer sürücüsüsü Aleks Lin barədə də danışıb: “O, bu il bütün diqqətini GP2 seriyasına yönəldib. O, özünü yaxşı tərəfdən göstərməlidir və sübut etməlidir ki, Formula1-ə layiqdir.

Aleks zavodda simulyatorda işləməyə davam edir. Hamı bilir ki, mövsüm ərzində bolidin inkişafı çox önəmlidir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 342
Teqlər , , , , , , , ,
Paylaş

escort bayan maltepe escort kadıköy escort ataşehir escort maltepe escort ataşehir escort istanbul escort bayan istanbul escort
ucuz paykasa paykasa bozdurma
logo