15 Avqust 2018, Çərşənbə - 20:37

K.Uilyams: “Bizi əsl mübarizə gözləyir”

K.Uilyams: “Bizi əsl mübarizə gözləyir”

Müəllif: Rauf Hacıyev, redaktor

12:06 - 16 Mart, 2016

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, komandası qış testlərində yaxşı təsir bağışlamasına baxmayaraq, o, yenə də narahatdır…

F-1.az xəbər vermişdi ki, Williams komandasının baş test mühəndisi Rod Nelson Ferrari ilə eyni gücdə olmalarını və Mercedes AMG-dən sonra ən sürətli ikinci komanda olmalarını bildirmişdi.

Kler Uilyams isə ümid edir ki, onlar Ferrari və Mercedes AMG ilə fərqi bağlayıblar, amma orta qrup komandaları da onlara yaxınlaşıblar: “Mən deyə bilərəm ki, Ferrari və Mercedes AMG komandaları ilə fərqi bağlamışıq. Amma arxamızda olan komandalara görə narahatam. Red Bull, Toro Rosso və Force İndia sürətli görünürlər, ona görə də narahatam.

Ancaq yaxın mübarizə fanların marağına səbəb olacaq. Məncə, bu komandalar bir-biri ilə sıx mübarizə aparacaqlar”.

Williams komandası Ferrari və Mercedes AMG ilə barabər mübarizə aparmaq istəyir. Britaniyalılar ümid edirlər ki, onların gördükləri işlər hədər getməyəcək: “Biz yaxşı iş gördüyümüzü düşünürük.

Asfalta yatma qüvvəsini bir az da artırdıq. Sürücülərimiz orta və yüksək sürətli döngələrdə asfalta yatma qüvvəsinin artdığını deyirlər. Bolidimiz düzlüklərdə əvvəlki illərə nisbətən sürətlidir və bu yaxşı xəbərdir.

Komanda qış aylarında gərgin formada işlədi və bolidin çatışmayan yönlərini inkişaf etdirdik. Avstraliyada kiçik yeniliklər edəcəyik. Mövsümün digər yarışlarına da yeniliklər gətirməyə davam edəcəyik.

Bu il çətin keçəcək, çünki 2017-ci il qaydaları üzərində də işləməliyik. Bizi əsl mübarizə gözləyir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 350
Teqlər , , , ,
Paylaş

ucuz paykasa paykasa bozdurma
logo