16 Avqust 2018, Cümə axşamı - 10:02

K.Sayns uğurlu seriyaya davam etmək istəyir

K.Sayns uğurlu seriyaya davam etmək istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

12:09 - 23 May, 2018

Renault komandasının sürücüsü Karlos Sayns uğurlu seriyasını möhtəşəm Monako Qran Prisində də davam etdirmək istəyir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü son 3 yarışdan xalla ayrıla bilib və sürücülər çempionatında 10-cu yerə yüksəlib.

Karlos Sayns: “Barselonada gözəl nəticə ilə xallar qazandıq. Bundan sonra diqqətimizi dağıtmaq böyük səhv olar. İnkişafımız davam edir. Özümə inanıram və hər yarış orta qrupda güclü performans göstərə bilirik. Son yarışdakı gözəl nəticədən sonra Mühəndislər Kubokunda 4-cü yerə yüksəldik. Monakoda da yaxşı xallar alaraq 4-cülüyümüzü möhkəmləndirmək istəyirik. Monako həmişə ən gözəl yarışlardan biri olub və burada yarışmaqdan həzz alıram. Sıralanma turu çox vacibdir. Buna görə də vahid dövrədə özümüzü təkmilləşdirməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 53
Teqlər , , ,
Paylaş

ucuz paykasa paykasa bozdurma
logo