20 Oktyabr 2017, Cümə - 09:09

K.Sayns testlərdən razı qalıb

K.Sayns testlərdən razı qalıb

Müəllif: Rauf Hacıyev, redaktor

14:13 - 21 Aprel, 2017

Toro Rosso komandasının sürücüsü Karlos Sayns çərşənbə günü testlərdən sonra sevincli olduğunu və gözəl iki günü geridə qoyduqlarını bildirib.

F-1.az xatırladır ki, Karlos Sayns xal qazana biləcəyi Bəhreyn QP-də Strolla çırpılmış və yarışı vaxtından əvvəl başa vuraraq, xal qazana bilməmişdi.

Karlos Sayns: “İkigünlük testlərdə heç problem yaşamadıq və çox sevincliyik. Çoxlu yeni detallar sınaqdan keçirdik və bunların bolidə xeyir verməsini gözləyirik. Komandaya və Renault-ya təşəkkür etməliyəm. Bolidimiz güclüdür və orta qrupun ən sürətli komandalarından biriyik. Rusiyadakı yarışa 3 pillə geridən başlasam da, bunu kompensə edə bilərəm. Ümid edirəm ki, problemsiz həftəsonu keçirərək, gözəl xallar toplaya bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 557
Teqlər , , , ,
Paylaş

logo