K.Sayns gözünü 6.5 milyon dollara dikib

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, Mühəndislər Kubokubda 6-cı olmaq üçün əllərindən gələni edəcəklər.

F-1.az xatırladır ki, fransız təmsilçisi hazırda 7-ci yerdədir və 6-cı olacaqları halda 6.5 milyon dollar əlavə pul qazanacaqlar.

Karlos Sayns: “Altıncı yer çox vacibdir. Bu yarış üçün komanda çox hazırlaşdı və hamımız bir pillə yüksəlməyi çox istəyirik. Buna layiqik. Buna görə də maksimum gücümüzü ortaya qoyacağıq. Ümid edirəm ki, Niko sabah 7-ci olar. Çünki onda 6-cı yeri tutmaq şansımız artacaq. Mən də xal almağa çalışacam. Görək nə olur, çünki orta qrup yaxındır. Önümüzdə Mercedes mühərrikli bolidlər var və onlar düzlüklərdə bizdən 10 km/saat sürətlidirlər. Amma strategiya cəhətdən əlimizdən gələni edəcəyik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*