K.Sayns: “Ferstappen yolumu bağlamayıb”

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, Red Bull-a keçidinə Ferstappen mane olmayıb.

F-1.az xatırladır ki, Red Bull komandası Daniel Rikkardonun əvəzinə gözlənildiyi kimi Saynsı yox, Pyer Qaslini seçib. İspaniyalı sürücü isə McLaren komandasına transfer olunub.

Karlos Sayns: “Bu xəbərlər haradan çıxır bilmirəm. Çünki Maksla aram çox yaxşıdır. Heç vaxt belə şey etməz. Məncə, mənim üçün doğru zaman və doğru yerdir. Komanda yenidən qurulur. Ön qrupa qayıtmağa fokuslanıblar. İkiillik müqaviləm var. Amma məqsədim daha çox qalıb uğurlar qazanmaqdır.

Red Bull mənə Formula1-də olmaq və fərqli komandalarda yarışmaq fürsəti verdi. Onlara minnətdaram”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*