18 Noyabr 2017, Şənbə - 01:06

K.Sayns: “Ferrari mühərriyi irəliyə doğru bir addımdır”

K.Sayns: “Ferrari mühərriyi irəliyə doğru bir addımdır”

Müəllif: Rauf Hacıyev, redaktor

08:31 - 26 Fevral, 2016

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, komanda Ferrari güc qurğusuna keçməklə irəliyə doğru addım atıb…

F-1.az xatırladır ki, Toro Rosso komandası 2015-ci ilin sonunda Renault mühərriyindən imtina edərək, Ferrari mühərriyinə keçib.

Karlos Sayns düşünür ki, komandanın bu addımı onları dözümlülük və güc tərəfdən qabağa salıb: “Heç şübhə yoxdur ki, irəliyə doğru bir addım atmışıq. Hər yerdə daha çox güc əldə edirik. ERS-i daha rahat istifadə edirik və bolidi idarə etmək də daha rahat olub.

Ancaq ən böyük dəyişiklik gücdür və buna ehtiyacımız var idi”.

Toro Rosso komandası gələn həftə STR11-in son versiyasını və rəng çalarını təqdim edəcək. Sayns bu barədə də danışıb: “Bolid hazırda qarışıq detallardan yığılıb və hələ tam hazır deyil. Ona görə də hazırda zaman nəticələrinə baxmırıq.

Bolid barədə onu deyə bilərəm ki, o keçənilki bolidə bənzəyir.

Gələn həftə yeni detallarla işin nə yerdə olduğunu görəcəyik. Bu bolid STR11 detalları quraşdırılmış STR10-dur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 264
Teqlər , , , ,
Paylaş

logo