19 Noyabr 2017, Bazar - 19:50

K.Sayns Bakıda startda 3 yer itirəcək

K.Sayns Bakıda startda 3 yer itirəcək

Müəllif: Elçin Zodorov, redaktor

02:04 - 12 İyun, 2017

İlk dövrədə Qrojanla təmas yaşayan Sayns yerində fırlanmış və sürətlə Massanın maşınına çırpılmışdı. Nəticədə hər iki sürücü mübarizəni dayandırmışdı. Bu insident Sayns üçün nəticəsiz qalmayıb.

F-1.az xəbər verir ki, ispan sürücü özünü təmizə çıxarmağa çalışıb – o, Qrojanın həmin anda kor nöqtədə olduğunu və onu görmədiyini bildirib. Lakin stüardlar bununla razılaşmayıblar və iki saatlıq müzakirələrdən sonra günahı Saynsda görüblər.

Qərarda deyilir ki, Karlosun manevri çox təhlükəli olub, amma o, hadisədən qaça bilərdi: “Biz 55 nömrəli maşının sürücüsünün qəzaya qəsdən səbəb olduğunu düşünməsək də, hesab edirik ki, yerini bir qədər dəyişməklə hadisənin qarşısını ala bilərdi. Lakin sürücü məsuliyyətsizlik edib və potensial təhlükə yaradıb”.

Nəticədə, Toro Rosso komandasının sürücüsü Bakıda keçiriləcək növbəti yarışın startında 3 yer itirəcək. Bundan əlavə, Karlos 2 cərimə balı da alıb. Onun aktivində artıq 7 bal var. Hər hansı bir sürücü 12 ay ərzində 12 cərimə balı alarsa, növbəti yarışı buraxmalı olur. Üzərindən 12 aydan çox vaxt keçmiş ballar isə avtomatik olaraq silinir. Karlosun hesabından növbəti dəfə bal avqustun 1-i silinəcək. Bu vaxta qədər daha 4 yarışın baş tutacağını nəzərə aldıqda, ispan sürücü çox ehtiyalı olmalıdır…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 799
Teqlər , , , , , , ,
Paylaş

logo