24 Oktyabr 2017, Çərşənbə axşamı - 13:23

K.Rəykkönen və Ferstappen Bottasa qəzəbləniblər

K.Rəykkönen və Ferstappen Bottasa qəzəbləniblər

Müəllif: Rauf Hacıyev, redaktor

07:06 - 15 May, 2017

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen və Red Bull komandasının sürücüsü Maks Ferstappen startdakı insidentə görə Bottasdan gileyləniblər.

F-1.az xatırladır ki, Mercedes AMG-nin sürücüsü Bottas İspaniya yarışında yaxşı start alaraq komanda yoldaşı Həmiltonun yanına qədər irəliləsə də, ondan yaxşı start alan Rəykkönen və Ferstappen gec əylənməklə birinci döngəyə onunla yanaşı giriblər.  Bu əsnada Bottas həmyerlisi Rəykkönenin bolidinə, təcrübəli Rəykkönen isə Ferstappenə toxunub. Bottas yoluna davam etsə də, digər iki sürücü üçün yarış başa çatıb.

Kimi Rəykkönen: “Hər şey ilk döngədə sağ arxa təkərimə gələn təmasla başladı. Bir az sürüşdüm və bundan sonra bolidi idarə etmək çətin idi. Maksa çırpıldım, lakin hər şey ilk toxunuşdan başladı. Belə vəziyyətdə nə edə bilərsiniz? Yaxşı başlamışdım, amma düzlükdə Bottas məni blokladı. Ayağımı qaz pedalından götürdüm və daha sonra mənə toxundu. Yarışım orada bitdi”.

Maks Ferstappen: “Məncə, hər şeyi açıq-aydın gördünüz. Valtteri Kimiyə toxundu və Kiminin bolidi idarə etməsi çətinləşdi. Buna görə də mənə çırpıldı. Normal halda o döngəyə 3 nəfər girə bilərdik. Bəxtimiz gətirmədi. Xarici trayektoriyada işlər həmişə çətin olur. Bir az yer versəm də, Ferrari mənə çırpıldı. Yarışda hər şey ola bilər”.

Valtteri Bottas: “Məqsədim bu deyildi. Təmas məyusedicidir. Sadəcə kiçik təmas idi, amma nəticə böyük oldu”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 381
Teqlər , , , , , , ,
Paylaş

logo