11 Dekabr 2017, Bazar ertəsi - 04:25

K.Rəykkönen: “Qışda hər şey fərqli idi”

K.Rəykkönen: “Qışda hər şey fərqli idi”

Müəllif: Rauf Hacıyev, redaktor

07:13 - 13 May, 2017

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, Barselonada cümə sərbəst yürüşlərində çox çətinlik çəkib və üçüncü olsa da, özünü yaxşı hiss etmir.

F-1.az xatırladır ki, 37 yaşlı sürücü cümə günündən sonra lider Həmiltondan 0.3 saniyə geri qalıb.

Kimi Rəykkönen: “Ümumilikdə çətin gün idi. Trasdakı şərait ideal deyildi. Xüsusən də, sərbəst yürüşlərin sonunda vəziyyət pis idi. Düşünürəm ki, vəziyyət hamı üçün eyni idi. Buradakı qış testlərində daha güclü idik, amma yayın gəlməsi ilə trasdakı şərait də dəyişdi və asfalt sürüşkən idi. İndi isə bu günü təhlil edərək sıralanma turuna daha yaxşı hazırlaşmalıyıq. Hələ növbədə sıralanma turu var. Bu fərqi bağlaya bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 931
Teqlər , , ,
Paylaş

logo