K.Rəykkönen problemlərlə üzləşib

Bəhreyn QP-nin sıralanma turunda 5-ci yeri tutan Kimi Rəykkönen kiçik problemlərlə məşğul olduğunu deyib.

F-1.az xatırladır ki, finlandiyalı sürücü sərbəst yürüşlərdə gözəl performans göstərsə də, poul qazanan Bottasdan 0.8, 4-cü yerdəki Rikkardodan isə 0.022 saniyə geridə qalıb.

Kimi Rəykkönen: “Bolid ilk iki yarışa nisbətən daha yaxşıdır. Bolidin güclü potensialı olsa da, bunu trasda əks etdirə bilmədik. Sıralanma turunda çoxlu kiçik problemlərlə mübarizə apardım, amma əlimizdən heç nə gəlmir. Sazlanmaları tapmaqda çətinlik çəkdik və nəticə belə oldu. Yenə də son 2-3 yarışa nisbətən güclü olduğumuzu düşünürəm. Təbii ki, xallar yarışda verilir və uzun bir yarış bizi gözləyir. Ümid edirəm ki, doğru sazlanmaları taparaq rəqabətədavamlı olarıq. Bolidin potensialı bizə ümid verir”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*