24 Oktyabr 2017, Çərşənbə axşamı - 04:35

K.Rəykkönen Montsada ilk qələbəsini istəyir

K.Rəykkönen Montsada ilk qələbəsini istəyir

Müəllif: Rauf Hacıyev, redaktor

20:00 - 31 Avqust, 2017

Karyerası ərzində Montsada qələbəsi olmayan Kimi Rəykkönen bildirib ki, bu həftəsonu qalib gələrək, tilsimi qırmaq istəyir.

F-1.az xatırladır ki, finlandiyalı sürücü 14 dəfə yarışdığa Montsada hələ də qələbə qazana bilməyib. 37 yaşlı sürücü 2006-cı ildə İtaliyada pouldan başladığı yarışda ikinci olmuşdu. Rəykkönen 2007 və 2009-cu illərdə isə 3-cü yeri tutmuşdu.

Kimi Rəykkönen: “Əgər bu trasda da qalib gəlsəm, çox xoşbəxt olaram. Bura çox xüsusidir və Ferrari ilə burada qalib gəlmək əla olacaq. Əlimizdən gələn hər şeyi edəcəyik. Ümid edirəm ki, mübarizənin içində ola bilərik.

İnsanlar Mercedes-in burada bizdən sürətli olacağını düşünür. Nəsə demək mümkünsüzdür. Əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, hər şey Spadakı kimi olar. Proqnoz vermək istəmirəm. Hər şeyi sabah görəcəyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 1. 354
Teqlər , , ,
Paylaş

logo