19 Noyabr 2018, Bazar ertəsi - 13:27

K.Rəykkönen: “Arxayınlaşmaq olmaz”

K.Rəykkönen: “Arxayınlaşmaq olmaz”

Müəllif: Rauf Hacıyev, redaktor

16:07 - 04 Aprel, 2017

Ferrari komandasının sürücüsü Kimi Rəykkönen bildirib ki, 2016-cı ildəki uğursuzluqdan sonra komandası yeni mövsümə yaxşı hazırlaşıb.

F-1.az xatırladır ki, Ferrari keçən il heç bir yarışda qələbə qazana bilməmiş və mövsümü 3-cü pillədə bitirmişdi. Avstraliyadakı yarışı qazanaraq, 7 illik fasilədən sonra mövsümün ilk yarışında qələbə sevinci yaşayan “qırmızılar” bu il asanlıqla təslim olmayacaqlarını göstərmişdilər.

Kimi Rəykkönen: “Komandadakı əksər işçiçər keçən il olanlardır. Amma artıq düzgün işləməyi öyrəndik və nəticələr də bunu tezliklə göstərəcək. İlk yarışı qazansaq da, bu hər şey demək deyil. Bunu davamlı etməliyik və güclü olduğumuzu göstərməliyik. Mövsümə qələbəylə başlamaq həmişə komandaya motivasiya verir. Mən istədiyim kimi performans göstərə bilməsəm də, növbəti yarışlarda qələbə uğrunda mübarizə aparmaq istəyirəm. Komandaya çox güvənirəm və Sebastyan ilə əlimizdən gələni edərək çempiom olmaq istəyirik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 2. 232
Teqlər ,
Paylaş

logo