K.Horner: “Həmiltonun işi asan olmayacaq”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, növbəti mövsüm Həmiltonun işi heç də asan olmayacaq.

F-1.az xatırladır ki, “qırmızı öküzlər” mövsümün ikinci yarısında mükəmməl performans göstəriblər.

Kristian Horner: “Əgər keçmişdəki xətalardan dərs çıxara bilsək, 2018-ci ildə rəqabətədavamlı ola bilərik. Belə olan halda, iki sürücümüz də çempionluq uğrunda mübarizədə ola bilərlər. Həmilton son illərdə zirvədədir və ümid edirəm ki, onu uzun illər izləyə bilərik. Bizim də heyətimizdə iki güclü sürücümüz var və gələcəyə ümidlə baxırıq. Maks, Daniel, Sebastyan və Lyuis gələn il təkər-təkərə mübarizə apara bilərlər. Ümid edirəm ki, gələn ilə güclü başlanğıc edərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*