K.Horner: “Fettel 2018-ci ildə Mercedes-ə keçə bilər”

Red Bull komandasının rəhbəri Kristian Horner Ferrari-nin işləri qaydasına düşməsə, Sebastyan Fettelin 2018-ci ildə komandanı tərk edə biləcəyini deyib.

F-1.az xatırladır ki, Sebastyan Fettel 2010-cu ildən 2013-cü ilə qədər Red Bull komandasının tərkibində dünya çempionu olmuş, heç bir qələbə qazana bilmədiyi 2014-cü il mövsümündən sonra Ferrari-yə keçmişdi. Yeni komandası ilə ilk mövsümdə 3 yarışda qalib gələn Fettel bu mövsüm bir çox şanssızlıqlar yaşayıb və hələ qalib gələ bilməyib. Xal hesabında da komanda yoldaşı Kimi Rəykkönendən geri qalır.

Kristian Horner: “Onu tanıyıram va içimdəki hiss onun əsəbi oluğunu deyir. Biz birlikdə uzun illər işləmişik. Müşahidələrimə görə Sebastyan komandada özünü rahat hiss etdiyində yaxşı nəticələr göstərə bilir. O, təzyiqi sevmir, amma hazırda Ferrari və Fiat Group-un rəhbərliyinin təzyiqi altındadır. Əgər bu vəziyyət dəyişməsə, Fettel 2018-ci ildə Mercedes-ə keçə bilər”.

Xatırladaq ki, Həmiltonun Mercedes AMG ilə müqaviləsi 2018-ci ildə sona çatır.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*