15 Dekabr 2018, Şənbə - 02:45

K.Horner: “Ferstappen sənətkardır”

K.Horner: “Ferstappen sənətkardır”

Müəllif: Rauf Hacıyev, redaktor

12:22 - 02 İyul, 2018

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Ferstappen təkərləri mükəmməl taktika ilə qoruyub.

F-1.az xatırladır ki, yarışın əvvəlində Maks virtual təhlükəsizlik maşınından istifadə edərək SuperSoft təkərlərdən Soft təkərlərə keçib və bu təkərlərlə sona qədər gedərək cari mövsümdə ilk qələbəsini qazanıb.

Kristian Horner: “Yeyilmə problemini gözləyirdik. Amma yarış günü çox isti idi və son iki döngədə bolidə çox yük düşürdü. Maks burada bolidlə zərif davrandı. Sağa olan döngələrdə yavaş qalaraq trasın digər hissələrində vaxt qazandı. İnanılmaz idi. Arxa sol təkəri arxa sağ təkərdən soyuq saxlaya bilirdi. Halbuki, əsas yükü alan arxa sol təkər idi. Davamlı məlumat alırdı və təkərlərə nəzarət edirdi. Çox gözəl sürdü”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 134
Teqlər , , , ,
Paylaş

logo