18 Oktyabr 2018, Cümə axşamı - 05:36

J.Todt Formula1-ə niyə nifrət edir?

J.Todt Formula1-ə niyə nifrət edir?

Müəllif: Rauf Hacıyev, redaktor

19:09 - 14 Mart, 2018

FİA-nın prezidenti Jan Todt bildirib ki, sürücülərin Halo barədə fikirlərini anlaya bilmir.

F-1.az xatırladır ki, sürücülərin başını qorumaq məqsədi ilə hazırlanan Halo bu ildən icbaridir. Amma əksər sürücülər bu sistemdən narazıdırlar.

Jan Todt bildirib ki, sürücülərin avadanlığı tənqid etməyə haqları yoxdur: “İnsanlar hər şeyi tez unudurlar. Halonu sürücülər istəmişdilər. 2015-ci ilin sonunda Sürücülərin Həmkarlar İttifaqının başçıları – Censon Batton, Sebastyan Fettel və Alek Vürs mənə imzalı məktub göndərdilər. FİA-dan başı qoruyan sistem tətbiq etməyimizi istəmişdilər. Mən də təsdiqlədim. Sonra texniklərə dedim ki, bu işi qabağa salsınlar. 2016-cı ilin iyulunda sürücülər toplantı edib bizə “zəif olmayın, təhlükəsizlik işlərində istədiklərimizə hörmət edin” dedilər. Biz də bu işə fokuslandıq.

Çox təəccübləndim. Formula1-i sevirəm, amma digər tərəfdən də nifrət edirəm. İnsanlar sözlərinə sadiq qalmırlar. Məncə, sədaqət və sözündə durmaq vacib keyfiyyətdir. Biz onların qərarına hörmət etsək də, bəziləri bunu unudur”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 151
Teqlər , , , , ,
Paylaş

logo