23 Oktyabr 2017, Bazar ertəsi - 09:57

İtaliya mətbuatı yenə də Red Bull-dan şübhələnir (video)

İtaliya mətbuatı yenə də Red Bull-dan şübhələnir (video)

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:19 - 19 İyun, 2013

İtaliyalı jurnalist Kristiano Sponton Kanada Qran Prisinin videoyazısını diqqətlə izləyərkən maraqlı faktla üzləşib – Mark Uebber trasda Qido van der […]

İtaliyalı jurnalist Kristiano Sponton Kanada Qran Prisinin videoyazısını diqqətlə izləyərkən maraqlı faktla üzləşib – Mark Uebber trasda Qido van der Qarde ilə yaşadığı təmasdan sonra sürətlənərkən avstraliyalı sürücünün maşını yerdə qırıq-qırıq, yəni fasiləli təkər izi buraxıb.

Sponton ekranda gördüynün öz bloqunda təhlil edib: “Sürətlənmənin ilkin fazasından sonra trasda qara ləkələr qırılmağa başlayır, elə bil ki, təkərlərin izafi fırlanmasına nəsə mane olur. Bu nədir? Hər şey normaldır yoxsa Milton Kinsdə hazırlanmış bu maşında nəsə qəribə bir şey var? Mən onun leqallığını şübhə altına salmıram, amma sadəcə gördüyüm bu mənzərəyə izahat axtarıram.”

İtaliyanın nüfuzlu Autosprint jurnalı işarə edir ki, RB9-un asfalt üzərində buraxdığı izlər təcilə nəzarət (trəkşn kontrol – traction control) sistemlərindən istifadəyə sübutdur: “Hətta minik maşınlarında da “trəkşn kontrol” işlək vəziyyətdə olanda sürətlənmə fasiləli olur.”

Texniki reqlament bu cür sistemlərdən istifadəni qadağan edib. Hələ keçən il FİA bütün komandalara hətta motor xəritəsinin köməyi ilə sürətlənmə və əylənmə anına təsir edən və “trəkşn kontrol” effekti yaradan istənilən sistemin qadağan olunmasını bildirən məktub göndərmişdi…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 193
Teqlər , , , , ,
Paylaş

logo