21 Oktyabr 2018, Bazar - 17:23

İspaniya-2018: Tras və statistika

İspaniya-2018: Tras və statistika

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:16 - 10 May, 2018

İspaniya Qran Prisi ilk dəfə 1951-ci ildə uzunluğu 6 km olan Pedralbes şəhər trasında keçirilib. Mövsümün son yarışında titulun taleyi həll olunurdu: Alfa Romeo-dan Xuan Manuel Fanxio və Ferrari-dən Alberto Askari tarixin ikinci dünya çempionunu müəyyənləşdirməli idilər. Askari pouldan start alsa da, artıq 4-cü dövrədə Fanxio liderliyə yüksəlmiş və finiş xəttini 1-ci keçərək karyerasında ilk titulunu qazanmışdı.

Üç ildən sonra Pedralbes yenidən mövsümün son yarışını qəbul etdi, amma 1955-ci il Le Man marafonunda baş verən faciə traslara olan təhlükəsizlik tələblərini artırdı və Pedralbes təqvimdən çıxarıldı.

1966-cı ildə kataloniyalılar çempionatda iştirak etmək üçün Madrid yaxınlığındakı Xarama trasına alternativ olaraq Monjuik şəhər trasını hazırladılar. Amma Formula1 yarışı İspaniyaya 1968-ci ildə Xaramada qayıtdı, bu yarışda qələbəni Qrəhəm Hill bayram etdi. Bir il sonra artıq Monjuikdə baş tutan milli yarış Ceki Styuartın qələbəsi ilə başa çatdı – bu yarışda cəmi 5 sürücü finiş görmüşdü.

Bundan sonra İspaniya Qran Prisi növbə ilə bu traslarda keçirilməyə başladı. 1975-ci ildə Monjuikdə qalmaqal yaşandı: təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olması üzündən sürücülər trasa çıxmaqdan imtina etmişdilər. Bu səbəb üzündən şənbə günü sıralanma turu qısaldıldı, yarış isə 75 dövrədən sonra deyil, cəmi 30 dövrədən sonra dayandırıldı – Hill komandasının sürücüsü Rolf Ştommelenin qəzası beş tamaşaçının ölümü ilə nəticələnmişdi. Beləliklə, Formula1 Monjuiki əbədi tərk etdi.

1986-cı ilin oktyabrında Kataloniyanın parlamenti Formula1-i öz torpaqlarına qaytarmaq məsələsini müzakirə edərək yeni avtodrom tikmək barədə qəbul edir. Düzdür, bir müddət cənublular bu layihənin reallaşdırılmasına mane oldular – 1986-cı ildən 1990-cı ilədək milli Qran Pri Xeres de la Frontera trasında keçirildi.

Amma kataloniyalılar istəklərindən dönmədilər: Barselonanın şimalında torpaq sahəsi alındı, 1989-cu il fevralın 24-də Circuit de Catalunya trasının ilk daşı bünövrəyə qoyuldu. Kral Avtomobil Klubu, Kataloniya hökuməti və yaxınlıqdakı Monmelo şəhərinin bələdiyyəsi maliyyə məsələlərini həll etdilər.

1991-ci il sentyabrın 29-da 16 illik fasilədən sonra Formula1 Katalunyaya qayıtdı. Trasın coğrafi mövqeyi və konfiqurasiyası ilin istənilən vaxtında trasda testlər keçirməyə imkan verdi.

 

FORMULA 1 GRAN PREMIO DE ESPAÑA EMIRATES 2018
TarixTrasDövrənin uzunluğuDövrələrin sayıYarış məsafəsi
11-13 may 2018Circuit de Catalunya4655 m66307.104 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Barselona trası maşınların effektivliyini dəyərləndirmək üçün ideal trasdır – tras aerodinamikaya çox tələbkadır, müxtəlif tipli döngələrdən ibarətdir, ona görə də əgər maşın Barselonada sürətli olarsa, mövsümün sonuna qədər əksər traslarda sürətli olacaq.

Formula1 təqviminin Avropa hissəi artıq neçə illərdir ki, məhz Barselonada başlayır. Məhz Barselonaya komandalar ilk dəfə motorhoumlarını gətirirlər. Həmişə mövsümün bu yarışına komandalar tam paket yeniliklər hazırlayırlar. Maşınların sazlanması zamanı komandalar üstünlüyü sıralanma turuna verirlər – Barselonada start mövqeyi çox önəmlidir, son 20 ildə bu trasda yalnız 4 dəfə poul qazanmayan sürücü qələbəyə sevinib.

2017-ci ilin İspaniya Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
SessiyaHavaSürücüKomandaZaman
1-ci sərbəst yürüşlərGünəşli. QuruLyuis HəmiltonMercedes AMG1:21.521
1-ci sərbəst yürüşlərBuludlu. QuruLyuis HəmiltonMercedes AMG1:20.802
1-ci sərbəst yürüşlərGünəşli. QuruKimi RəykkönenFerrari1:20.214
Sıralanma turuGünəşli. QuruLyuis HəmiltonMercedes AMG1:19.149
Yarışda sürətli dövrəGünəşli. QuruLyuis HəmiltonMercedes AMG1:23.593

 

 

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün İspaniya Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Əgər bu kanalda canlı yayımlamaq mümkün olmasa, onda siqnal Mədəniyyət kanalına ötürüləcək. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…

İspaniya Qran Prisinin sessiyaları, Bakı vaxtılə
TarixSessiyaZamanTV
12 may1-ci sərbəst yürüşlər13:00
12 may2-ci sərbəst yürüşlər17:00
13 may3-cü sərbəst yürüşlər14:00
13 maySıralanma turu17:0000:30
14 mayYarış17:1017:00

 

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Pirelli şirkəti Barselonaya Medium, Soft və SuperSoft üçlüyünü gətirəcək, ilk iki tərkib məcburi elan olunub, yəni onlardan hər hansı birindən mütləq yarışın gedişində istifadə olunmalıdır.

Maraqlıdır ki, ən yumşaq tərkibdən ən az Mercedes-in sürücüləri sifariş ediblər. Sirotkin isə 10 dəst SuperSoft sifariş edib.

SürücüKomandaMediumSoftSuperSoft
Lyuis HəmiltonMercedes AMG355
Valtteri BottasMercedes AMG355
Sebastyen FettelFerrari247
Kimi RəykkönenFerrari247
Daniel RikkardoRed Bull346
Maks FerstappenRed Bull346
Serxio PeresForce İndia436
Esteban OkonForce İndia436
Ləns StrollWilliams319
Sergey SirotkinWilliams2110
Karlos SaynsRenault328
Niko HülkenberqRenault328
Pyer QasliToro Rosso337
Brendon HartliToro Rosso337
Roman QrojanHaas337
Kevin MaqnussenHaas247
Fernando AlonsoMcLaren346
Stoffel VandornMcLaren346
Markus ErikssonSauber247
Şarl LeklerSauber337
Circuit de Catalunya
2017

 

STATİSTİKA

Hazırkı pilotların İspaniya Qran Prisində nəticələri
PilotQPXallarPoulPodiumQələbə
S.Fettel1012541
F.Alonso16120172
L.Həmilton11104362
K.Rəykkönen1591252
D.Rikkardo7492
V.Bottas632
M.Ferstappen32511
S.Peres724
R.Qrojan621
K.Sayns316
E.Okon110
N.Hülkenberq810
M.Eriksson4
K.Maqnussen3
L.Stroll1
S.Vandorn1
S.Sirotkin
B.Hartli
P.Qasli
Ş.Lekler

 

İspaniya Qran Prisinin qalibləri
TarixTrasPoulQələbə
14.05.2017KatalunyaL.HəmiltonMercedes AMGL.HəmiltonMercedes AMG
15.05.2016KatalunyaL.HəmiltonMercedes AMGM.FerstappenRed Bull
10.05.2015KatalunyaN.RosberqMercedes AMGN.RosberqMercedes AMG
11.05.2014KatalunyaL.HəmiltonMercedes AMGL.HəmiltonMercedes AMG
12.05.2013KatalunyaN.RosberqMercedes AMGF.AlonsoFerrari
13.05.2012KatalunyaP.MaldonadoWilliamsP.MaldonadoWilliams
22.05.2011KatalunyaM.UebberRed BullS.FettelRed Bull
09.05.2010KatalunyaM.UebberRed BullM.UebberRed Bull
10.05.2009KatalunyaC.BattonBrawn GPC.BattonBrawn GP
27.04.2008KatalunyaK.RəykkönenFerrariK.RəykkönenFerrari
13.05.2007KatalunyaF.MassaFerrariF.MassaFerrari
14.05.2006KatalunyaF.AlonsoRenaultF.AlonsoRenault
08.05.2005KatalunyaK.RəykkönenMcLarenK.RəykkönenMcLaren
09.05.2004KatalunyaM.ŞumaxerFerrariM.ŞumaxerFerrari
04.05.2003KatalunyaM.ŞumaxerFerrariM.ŞumaxerFerrari
28.04.2002KatalunyaM.ŞumaxerFerrariM.ŞumaxerFerrari
29.04.2001KatalunyaM.ŞumaxerFerrariM.ŞumaxerFerrari
07.05.2000KatalunyaM.ŞumaxerFerrariM.HəkkinenMcLaren
09.05.1999KatalunyaM.HəkkinenMcLarenM.HəkkinenMcLaren
10.05.1998KatalunyaM.HəkkinenMcLarenM.HəkkinenMcLaren
25.05.1997KatalunyaJ.VilnövWilliamsJ.VilnövWilliams
02.06.1996KatalunyaD.HillWilliamsM.ŞumaxerFerrari
14.05.1995KatalunyaM.ŞumaxerBenettonM.ŞumaxerBenetton
29.05.1994KatalunyaM.ŞumaxerBenettonD.HillWilliams
09.05.1993KatalunyaA.ProstWilliamsA.ProstWilliams
03.05.1992KatalunyaN.MənsellWilliamsN.MənsellWilliams
29.09.1991KatalunyaG.BergerFerrariN.MənsellWilliams
30.09.1990XeresA.SennaMcLarenA.ProstFerrari
01.10.1989XeresA.SennaMcLarenA.SennaMcLaren
02.10.1988XeresA.SennaMcLarenA.ProstMcLaren
27.09.1987XeresN.PikeWilliamsN.MənsellWilliams
13.04.1986XeresA.SennaLotusA.SennaLotus
21.06.1981XaramaJ.LaffitLigierJ.VilnövFerrari
29.04.1979XaramaJ.LaffitLigierP.DepayeLigier
04.06.1978XaramaM.AndrettiLotusM.AndrettiLotus
08.05.1977XaramaM.AndrettiLotusM.AndrettiLotus
02.05.1976XaramaC.HantMcLarenC.HantMcLaren
27.04.1975MonjuikN.LaudaFerrariY.MassaMcLaren
28.04.1974XaramaN.LaudaFerrariN.LaudaFerrari
29.04.1973MonjuikR.PetersonLotusE.FittipaldiLotus
01.05.1972XaramaJ.İksFerrariE.FittipaldiLotus
18.04.1971MonjuikJ.İksFerrariC.StyartTyrrell
19.04.1970XaramaC.BrəbhəmBrabhamC.StyuartMarch
04.05.1969MonjuikY.RindtLotusC.StyuartMatra
12.05.1968XaramaK.EymonFerrariQ.HillLotus
24.10.1954PedralbesA.AskariLanciaM.HotornFerrari
28.10.1951PedralbesA.AskariFerrariX.M.FanxioAlfa Romeo

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 365
Teqlər , ,
Paylaş

logo