19 Avqust 2018, Bazar - 03:45

İspaniya-2018: Sıralanma turu

İspaniya-2018: Sıralanma turu

Müəllif: Elçin Zodorov, redaktor

18:12 - 12 May, 2018

Komandalar Avropada ilk yarış İspaniya Qran Prisinə hər il olduğu kimi, çox sayda yeniliklər gətiriblər. Lakin qüvvələr nisbətinin müəyyən edilməsində yenə təkərlər və yeni asfalt qatı mühüm rol oynayıb.

Əvvəlki aşınmış asfalt örtüyündə təkətlər tez isinirdilər və tez də yeyilirdilər. Yeni və hamar asfalt örtüyündə isə təkərləri qızdırmaq asan olmayıb. Maşınlar çox sürüşüb, sürücülər dəfələrlə səhvlərə yol veriblər. Onlar yeni örtüklə qış testlərində tanış olmuşdular, lakin o vaxt temperatur fərqli idi və təkərlər də daha yumşaq idilər.

Cümə günü sərbəst yürüşlərdə əvvəlcə Bottas, sonra isə Həmilton protokollara başçılıq ediblər. Bu gün səhər Lyuis yenə də hamıdan sürətli olub. Üçüncü sessiyada Brendon Hartli ağır qəza edib. Mexaniklər onun maşınını sıralanma turuna qədər hazır vəziyyətə gətirə bilməyiblər və yeni zelandiyalı sürücü sıralanma turunu buraxmalı olub.

Birinci sessiyada McLaren sürücüləri Medium, Force İndia sürücüləri Soft, digərləri isə SuperSoft təkərlərlə trasa çıxıblar. Rəykkönen ilk cəhddə hamıdan sürətli olsa da, daha sonra komanda yoldaşı Fettel onu üstələyərək sessiyanın ən yaxşı nəticəsini göstərib – 1:17.031.

Hülkenberqin maşınının yanacaq sistemində problem yaranıb. O, boksa qayıdıb. Bir qədər sonra yenidən trasa çıxsa da, növbəti sessiyaya keçmək üçün lazım olan nəticəni əldə edə bilməyib. İkinci cəhddə hamı SuperSoft təkərlərə keçib. Vaxt bitdikdən sonra sürətli dövrəsində olan Stroll çınqıllığa düşüb. Onunla birlikdə, Hülkenberq, Eriksson və Sirotkin də mübarizəni dayandırıblar.

İkinci sessiyada Mercedes, Ferrari, Red Bull və Haas sürücüləri ilə yanaşı, Vandorn da Soft tərkiblə boksları tərk ediblər. Fettel ilk cəhddə 1:16.802-lik nəticə göstərib və bu, alman sürücüyə protokollara başçılıq etməsi üçün kifayət edib. Həmilton daha sonra SuperSoft təkərlərə keçsə də, nəticəsini yaxşılaşdıra bilməyib. Vandorn, Qasli, Okon, Lekler və Peres ilk onluğa düşməyiblər.

Son sessiyada bütün sürücülər SuperSoft təkərləri seçiblər. Həmilton ilk cəhddə hamıdan sürətli olub. İkinci cəhdlərdə Rikkardo, Fettel, Alonso və Rəykkönen Soft təkərlərə, Həmilton isə yeni SuperSoft dəstinə keçib. Britaniyalı göstəricisini daha da yaxşılaşdırıb – 1:16.173. Son sektorda porebriklərin üstünə çıxan Bottas ona cəmi 0.04 saniyə uduzub. Fettel üçüncü ən yaxşı nəticəni göstərib.

Beləliklə, Lyuis Həmilton mövsümdə ikinci, Barselonada ardıcıl üçüncü, karyerasında isə 74-cü poulunu qazanıb. Mercedes sürücüləri startda ilk, Ferrari sürücüləri ikinci, Red Bull sürücüləri isə üçüncü cərgəni tutublar. Sabah çox maraqlı yarış olacaq!

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
144Lyuis HəmiltonMercedes AMG51:17.633341:17.16671:16.1737
277Valtteri BottasMercedes AMG61:17.674431:17.11131:16.2137
35Sebastyan FettelFerrari11:17.031711:16.80231:16.3056
47Kimi RəykkönenFerrari31:17.483621:17.07131:16.6126
533Maks FerstappenRed Bull21:17.411551:17.26651:16.8165
63Daniel RikkardoRed Bull41:17.623571:17.63861:16.8188
720Kevin MaqnussenHaas71:18.1691061:17.61891:17.6768
814Fernando AlonsoMcLaren81:18.2769101:18.10061:17.7216
955Karlos SaynsRenault101:18.480491:17.80381:17.7907
108Roman QrojanHaas91:18.3051081:17.69981:17.8358
112Stoffel VandornMcLaren151:18.88510111:18.3238
1210Pyer QasliToro Rosso111:18.55010121:18.4636
1331Esteban OkonForce İndia141:18.81310131:18.6968
1416Şarl LeklerSauber121:18.66110141:18.9105
1511Serxio PeresForce İndia131:18.74010151:19.0988
1627Niko HülkenberqRenault161:18.9236
179Markus ErikssonSauber171:19.4939
1835Sergey SirotkinWilliams181:19.69510
1918Ləns StrollWilliams191:20.2259
2028Brendon HartliToro Rosso200

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 148
Teqlər , , ,
Paylaş

escort bayan maltepe escort kadıköy escort ataşehir escort maltepe escort ataşehir escort istanbul escort bayan istanbul escort
ucuz paykasa paykasa bozdurma
logo