11 Dekabr 2017, Bazar ertəsi - 07:53

İspaniya-2017: Birinci sərbəst yürüşlər

İspaniya-2017: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:45 - 12 May, 2017

İlk Avropa mərhələsinə komandalar çoxlu yeniliklər gətiriblər, ona görə də cümə sərbəst yürüşlərinin proqramı zəngin olub. Nahardan əvvəl komandalar yeniliklərin effektivliyini qiymətləndirməyə kökləniblər – onsuz da trasda baza sazlanmaları mövsümöncəsi testlərdən hamıya məlum idi.

Haas komandası yalnız bir maşın üçün aerodinamik paket hazırlayıb və püşkatma nəticəsində paket Maqnussenə qismət olub. Renault komandasında Colion Palmeri komandanın ehtiyat sürücüsü Sergey Sirotkin əvəz edib – iki həftə əvvəl Soçidə Sergey ötürmələr qutusundakı problem üzündən məşq edə bilməmişdi, amma bu dəfə də hər şey qaydasında keçməyib: rusiyalı sürücü on dövrə vurduqdan sonra maşını mexaniklərə verib – bu dəfə motordan soyuducu maye sızıb.

Sistemlərin funksionallığını yoxlamaq üçün ilk dövrələri sürücülər Hard təkərlərlə vurublar, daha sonra yumşaq təkərlərlə keçiblər.

F-1.az bildirir ki, Alonso boksda uzun müddət ləngidikdən sonra doğma azarkeşlərin qarşısına çıxıb və elə ilk dövrəsindəcə Honda motoru sıx tüstü buludu buraxıb. Virtual Təhlükəsizlik Maşını (VSC) rejimi elan olunub, Fernando marşallara maşını təxliyə etməyə kömək edib – trasa motordan yağ dağılıb. Dünən ispaniyalı sürücü Honda motorlarının etibarlılığını ciddi tənqid eləmişdi və bu gün motor özü də sürücü ilə “razılaşıb”.

Məşqlərin sonunu gözləmədən Alonso avtodromu tərk edib və tennis oynamağa yollanıb, komanda isə ikinci məşqlərə qədər maşını bərpa etməyə çalışacaq.

Startdan 25 dəqiqə sonra trasda dayanan Fettelin Ferrari-si sarı bayraqların dalğalanmasına səbəb olub – sonuncu döngənin çıxışında ötürmələr qutusu ilə bağlı problemlər yaşanıb və alman sürücü boksa yönəlib. Qısa təmirdən sonra Sebastyan trasa qayıdıb.

Sessiyanın sonuna 8 dəqiqə qalmış Kevin Maqnussen dördüncü döngədə trasdan çıxaraq maşını tərk edib – Kevin çınqıllıqda qalmış maşını sürməyib ki, tək nüsxədə olan yeni altlığı zədələməsin. Yenə də VSC rejimi elan olunub.

Protokollara isə Lyuis Həmilton başçılıq edib, britaniyalı sürücü keçənilki poulunu yarım saniyə yaxşılaşdırıb – 1:21.521. Williams sürücüləri hərəyə 34 dövrə vurublar.

Nahardan sonra məşqlər davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:21.52128
277Valtteri BottasMercedes AMG1:21.550+ 0:00.02930
37Kimi RəykkönenFerrari1:22.456+ 0:00.93524
45Sebastyan FettelFerrari1:22.600+ 0:01.07923
533Maks FerstappenRed Bull1:22.706+ 0:01.18522
63Daniel RikkardoRed Bull1:23.084+ 0:01.56317
720Kevin MaqnussenHaas1:23.670+ 0:02.14922
88Roman QrojanHaas1:23.758+ 0:02.23723
927Niko HülkenberqRenault1:23.993+ 0:02.47224
1055Karlos SaynsToro Rosso1:24.004+ 0:02.48321
1111Serxio PeresForce İndia1:24.188+ 0:02.66723
1231Esteban OkonForce İndia1:24.324+ 0:02.80322
132Stoffel VandornMcLaren1:24.400+ 0:02.87924
1419Felipe MassaWilliams1:24.618+ 0:03.09734
1526Daniil KvyatToro Rosso1:24.642+ 0:03.12118
169Markus ErikssonSauber1:24.966+ 0:03.44523
1794Paskal VerlyaynSauber1:25.182+ 0:03.66124
1818Ləns StrollWilliams1:25.919+ 0:04.39834
1946Sergey SirotkinRenault1:26.293+ 0:04.77210
2014Fernando AlonsoMcLaren1

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 553
Teqlər , , , ,
Paylaş

logo