Honda-nı braziliyalılar xilas edəcək?

Bu gün Londonda nəşr olunan The Guardian qəzeti bildirib ki, Honda Racing komandası mövsümün ən azı ilk dörd yarışında starta […]

Bu gün Londonda nəşr olunan The Guardian qəzeti bildirib ki, Honda Racing komandası mövsümün ən azı ilk dörd yarışında starta çıxmaq üçün zəruri olan maliyyə imkanına malikdir. Komanda rəhbərliyinə yaxın mənbəyə əsaslanaraq, qəzet yazır ki, əfsanəvi Ayrton Sennanın bacısı oğlu Bruno Sennanı dəstəkləmək üçün braziliyalı sponsorlar qruppası komandaya 30 milyon dollar təklif ediblər. Bu vəsait komandanın mövsümün ilk dörd yarışında çıxışına yetərlidir.

Əgər bu məlumat doğrudursa, onda Melburnda Ross Braunun rəhbərliyi altında yığılmış və Mercedes motorları qoyulmuş maşınlara Censon Batton və Bruno Senna oturacaqlar…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*