H.Marko: “Rikkardo və Vern çox istedadlıdırlar”

Red Bull konserninin avtoidman məslhətçisi Helmut Marko vaxtılə Formula1 sürücüsü olub, indi isə konsernin çempionatdakı iki komandasını gənc sürücülərlə təmin […]

Red Bull konserninin avtoidman məslhətçisi Helmut Marko vaxtılə Formula1 sürücüsü olub, indi isə konsernin çempionatdakı iki komandasını gənc sürücülərlə təmin edir. Bu günlərdə Marko Toro Rosso komandasının sürücüləri Sebastyen Buemi və Xayme Algersuarini daha aqresiv olmağa çağırıb, çünki Daniel Rikkardo və Jan Erik Vern kimi gənclər yetişməkdədir…

Helmut Marko: “Rikkardo və Vern çox istedadlıdırlar – Buemi və Algersuari bunu başa düşməlidirlər, axı biz internat məktəbi deyilik. Keçən mövsüm, sözün düzünü desək, Sebastyenin göstəriciləri bizi qane etmədi. Xayme inkişaf edir, amma bu kifayətdirmi?

Keçən il Abu Dabidə gənc sürücülərin testlərində mən Rikkardonun sürətindən və Vernin aqresivliyindən razı qaldım.

Əgər bizim bu dörd sürücümüz – Buemi, Algersuari, Rikkardo və Vern, eyni zamanda döngəyə girsələr, əminəm ki, ordan birinci Jan Erik çıxacaq…”

Xatırladaq ki, bu il Daniel Rikkardo Toro Rosso-nun heytəində cümə sərbəst yürüşlərində çıxış edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*