H.Marko: “Ferstappen məsləhətlərimə qulaq asdı”

Helmut Marko Red Bull-un gənc sürücüsü Maks Ferstappenin İspaniya Qran Prisində qalib gəldikdən sonra Monako Qran Prisində qəza edərək yarışı yarımçıq saxlamasından lazımi dərsi aldığını düşünür.

F-1.az xatırladır ki, İspaniya Qran Prisindən əvvəl gözlənilmədən Daniil Kvyatın əvəzinə Red Bull-a gətirilən Maks Ferstappen yeni komandası ilə çıxdığı ilk yarışdaca qalib gələrək sensasiya yaratmışdı. Lakin o, həmin yarışdan cəmi 2 həftə sonra Monakoda qəzaları ilə gündəmə gəlmişdi. Maksın Formula1-ə gəlməsində və Red Bull komandasına keçməsində vacib rol oynayan Helmut Marko onun haqqında danışıb.

Helmut Marko: “Bir sürücünün bazar günü qəhrəman elan olunub 15 gün sonra tənqid edilməsi təəccüblü idi. Mən Maksa yarışda mümkün qədər sürətli olmağa çalışmanın düzgün olmadığını izah etməyə çalışdım. Monakoda yaxşı çıxış edirdi və 5-ci yerə qədər yüksəlmişdi. Lakin orada daha artığını edə bilməzdi. Lakin o, heç bir məntiqi olmayan lazımsız risklər etdi.  Mən onunla çox söhbət etdim və deyəsən, o, məni dinləyib. Monakodakı səhv Maksa çox şey öyrətdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*