G.Berger Nyuini tərifləyib

Formula1-in keçmiş sürücüsü Gerhard Bergerin fikrincə, bu il aerodinamikanın “atası” Ədrian Nyuinin sayəsində Red Bull komandası üstünlüyünü qoruyub saxlayacaq. Nyuinin […]

Formula1-in keçmiş sürücüsü Gerhard Bergerin fikrincə, bu il aerodinamikanın “atası” Ədrian Nyuinin sayəsində Red Bull komandası üstünlüyünü qoruyub saxlayacaq.

Nyuinin hazırladığı maşınlarda Williams, McLaren və Red Bull müxtəlif illərdə yeddi Mühədislər Kuboku qazanıblar və ehtimal etmək olar ki, komandanın təcrübəli texniki direktoru yenə də əns ürətli şassi quracaq.

Gerhard Berger: “İnanmıram ki, başqa komandaların da real şansı olsun. Aerodinamika sahəsində Ədrisn Nyui sadəcə geniy deyil. Hərçənd, yarışlarda həlledici amil sürücünün ustalığı olsa, yarışlar daha maraqlı olardı.”

Toro Rosso komandasının keçmiş həmsahibi Berger bir daha bildirib ki, Formula1-ə qayıtmaq barədə düşünmür: “Förmula1-in hazırkı vəziyyətində qayıtmaq mümkün deyil. Mənim buna imkanım çatmaz, idman indi çox bahalaşıb. Yəni işin öhdəsindən gəlmək üçün zəruri olan pulu tapmaq asan iş deyil.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*