G.Berger Nikonu təmsil edəcək

Sabiq Formula1 sürücüsü Gerhard Berger Niko Rosberqin atası Keke Rosberqin istəyi ilə almaniyalı sürücünün müqaviləsinin yenilənməsi ilə bağlı danışıqlarda iştirak edəcək...

F-1.az xatırladır ki, Rosberqin Mercedes ilə olan müqaviləsi ilin sonunda bitəcək və almaniyalı sürücünün nə edəcəyi hamıya maraqlıdır.

Sabiq Formula1 sürücüsü Gerhard Berger hər iki tərəfə də (Mercedes AMG və Rosberq) öz ideyalarını vermək üçün müqavilənin yenilənməsi ilə bağlı danışıqlarda iştirak edəcək. Berger də bu danışıqlarda Rosberqi təmsil edəcəyini təsdiqləyib: “Keke məndən soruşdu ki, Niko üçün danışıqlarda iştirak edə bilərsənmi? Amma bu, o demək deyil ki, biz gələcəkdə bir yerdə işləyə bilərik. Bu, dostluq üçün edilən bir şeydir”.

Mercedes komandasının qeyri-icraçı direktoru Niki Lauda da Bergerin danışıqlarda iştirak edəcəyini təsdiqləyib: “Berger ilə dünən danışdıq. Gerhard ilə keçmişdə bəzi müzakirələr aparmışıq. Mən Ferrari komandasında məsləhətçi idim və o, komandanın sürücüsü idi. İndi görək danışıqlar necə gedəcək”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*