Frederik Vassyör tənqid edilib

Məşhur F1 şərhçisi Ceyson Uot danimarkalı gənc sürücü Kevin Maqnussenə "ikinci variant" deyən Frederik Vassyörü tənqid edib...

F-1.az daha əvvəl xəbər vermişdi ki, Renault komandasının yarış direktoru Frederik Vassyör etiraf edib ki, onlar Maqnussendən əvvəl Stoffel Vandorn ilə maraqlanıblar: “Bizim siyahımızda Stoffelin də adı var idi, amma onun McLaren ilə müqaviləsi var idi və komanda onu buraxmaq istəmədi. Mövcud altetnativlərə baxdıq və Kevin Maqnusseni transfer etmək qərarına gəldik”.

Ancaq Vassyörün bu sözlərini məşhur Formula1 şərhçisi Ceyson Uot tənqid edib: “Bu Kevininin ruhu üçün bir testdir. O indi zehni cəhətdən güclü olmalıdır. Bu sözlər Kevinə pis təsir edib. Belə danışmağa davam etmək axmaqlıq olar.

Mən düşünürəm ki, Vassyörün bu sözləri Belçika mətbuatına deməsi təsadüfi deyil. O, deyəsən, Vandorna dəstək olmaq istədi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*