23 İyul 2018, Bazar ertəsi - 04:09

Formula1 V10 mühərriklərə qayıtmayacaq

Formula1 V10 mühərriklərə qayıtmayacaq

Müəllif: Rauf Hacıyev, redaktor

14:51 - 12 Mart, 2017

FİA-nın prezidenti Jan Todt bildirib ki, Formula1 V10 mühərriklərə qayıtmayacaq.

F-1.az xatırladır ki, Liberty Media Formula1-i satın aldıqdan sonra Ross Braun bildirmişdi ki, bolidlər sürətlidirlər, amma mühərrikdə hələ də problemlər var. Formula1-in idman direktoru bildirmişdi ki, 2020-ci ildən sonra hibrid mühərriklərdən imtina edə bilərlər.

Formula1 üzrə ikiqat Dünya Çempionu Fernando Alonso da V10 mühərriklər üçün darıxdığını və idmanın hazırkı mühərrik səsinə layiq olmadığını bildirmişdi.

Jan Todt: “V10 mühərriklərə keçməyi düşünmürük. Bu bağladığımız müqavilələrə xəyanət etməkdir. Onsuz da, V10 mühərriklərə keçmək istəsək də, istehsalçılar bunu qəbul edən deyil. Belə olan halda, 4 istehsalçıdan 3-ü idmandan gedəcək.

Stabillik çox vacibdir. Əsas məqsədimiz rəqabəti yüksək səviyyəyə qaldırmaqdır. Hər il yeni texnologiyaya sərmayə qoya bilmərsiniz. Bu maliyyə cəhətdən əlverişli deyil. Onsuz da komandalar xərclərdən şikayət edirlər. İndiki halda yeni xərclər çıxarmaq doğru olmaz”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 764
Teqlər , ,
Paylaş

logo