11 Dekabr 2018, Çərşənbə axşamı - 13:04

Formula1-in Oskarına bizim yarış layiq görülüb

Formula1-in Oskarına bizim yarış layiq görülüb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:15 - 06 Mart, 2018

Martın 5-də bütün dünya Los Ancelesdə baş tutan Amerika KinoAkademiyasının mükafatlarının təqdim olunmasından danışdğı halda, Formula1 də sosial şəbəkələrdə özünün “virtual Oskar” mükafatlarını təqdim edib.

F-1.az xəbər verir ki, “Ən yaxşı film” nominasiyasında Azərbaycan Qran Prisi böyük üstünlüklə qalib gəlib – “əkşnlərlə dolu bütün dövrlərin trilleri” adlandırılmış yarışımız Sebastyan Fettel və Lyuis Həmiltonun toqquşması, qırmızı bayraqlar və Ləns Strollun podiumu ilə yaddaşlara yazılıb.

“Ən yaxşı viziual effektlər” nominasiyasında Sinqapur Qran Prisi qalib gəlib – yarışın startında Sebastyan Fettelin səhvi 4 sürücünün mübarizəni dayandırması ilə nəticələnmişdi.

“İkinci dərəcəli ən yaxşı aktyor” mükafatına ser Partik Styuart layiq görülüb – “Ulduzlu yol” serialının və “Məchul şəxslər” filminin qəhrəmanı Kanada Qran Prisinin podiumunda Daniel Rikkardonun ayaqqabısından şampan içən Patrik 3 dəfə real Oskara namizəd olsa da, hələ “heykəlçiyə” həsrət qalıb…

“Ən yaxşı saundtrek” mükafatına isə karyerasında 50-ci poulunu Meksikada bayram edən Sebastyan Fettel layiq görülüb…

Avtoidmanda xidmətlərinə görə karyerasını başa vuran Felipe Massa çempionat rəhbərliyinin diqqətindən kənarda qalmayıb…


Son Xəbərlər

İnformasiya

Bölüm Bakı Şəhər Halqası
Mənbə
Baxış Sayı 619
Teqlər
Paylaş

logo