Formula1-in Londonda keçirilməsi ideyası reallaşa bilər

Bu barədə hələ bir neçə il əvvəl Berni Ekklstoun və London şəhərinin rəhbərliyi arasında danışıqlar aparılmış, hətta 2012-ci ildə trasın layihəsi hazırlanmışdı.

F-1.az xatırladır ki, bu yarışın təşkilinə qanunvericilik mane olurdu.

The Sunday Times-ın xəbərinə görə, bu yarış üçün mövcud olan maneələr aradan qalxmaq üzrədir. Parlamentdə bu məsələ müzakirə olunub və Londonda küçə yarışlarının keçirilməsi ilə bağlı qanuna düzəliş edilib.

London şəhərinin meri Boris Conson ilk dəfə deyil ki, belə bir yarışda maraqlı olduğunu dilə gətirir. Berni Ekklstoun şəxsən bu layihəyə sərmayə yatırmağa hazırdır, ona görə də dəyişikliklərin qəbul olunduğu halda şəhər yarışının keçirilməsi şansları çox artacaq.

London City Circuit

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*