19 Noyabr 2017, Bazar - 01:32

Force İndia komandası sürücülərinə icazə verib

Force İndia komandası sürücülərinə icazə verib

Müəllif: Rauf Hacıyev, redaktor

17:02 - 10 Noyabr, 2017

Force İndia komandasının sürücüsü Serxio Peres bildirib ki, komanda artıq Esteban Okonla mübarizəyə icazə verib.

F-1.az xatırladır ki, Pereslə Okon bu il bir neçə dəfə insident yaşamış və Force İndia komandası sürücülərinin yarışmasını yasaqlamışdı.

Serxio Peres: “Braziliya və Əbu Dabidə komanda yarışmağımıza icazə verdi. Doğrudan da mükəmməl mövsüm keçirtdik. İşlər bizim üçün qüsursuz idi. Xüsusən də, mövsümün ilk yarısında Esteban ilə bəzi insidentlərimiz oldu. Amma indi münasibətimiz yaxşıdır. Komanda son iki yarışda bizə mübarizə aparmağa icazə verdi. Burada özümüzü yaxşı göstərib bu icazəni gələn il üçün də davam etdirməliyik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 652
Teqlər , , , ,
Paylaş

logo