11 Dekabr 2017, Bazar ertəsi - 17:12

Ferrari-nin yeni halo sistemi bəyənilib

Ferrari-nin yeni halo sistemi bəyənilib

Müəllif: Elçin Zodorov, redaktor

12:22 - 01 İyul, 2016

Ferrari-nin Avstriyaya gətirdiyi yenilənmiş halo sistemi dünən pit yolunda test edilib. Testi FİA nümayəndələri də izləyib və sistem bəyənilib. Amma buna baxmayaraq, komanda onu inkişaf etdirməyə davam edəcək.

F-1.az xəbər verir ki, testdə komandanın mexaniklərindən biri bolidə əyləşib və qəza zamanı sürücünün boliddən necə çıxması və çıxarılacağı yoxlanılıb. Bu prossesdə heç bir ciddi problem yaşanmayıb.

İlin əvvəlində Barselonada keçirilən qış testlərində komandanın hər iki sürücüsü bu sistemi test etmişdi. Avstriyaya gətirilən yenilənmiş sistem titandan hazırlanıb və bunun nəticəsində o, daha da yüngülləşib. Qəza zamanı sürücünün başının ona toxunmaması üçün sistem bir qədər genişləndirilib.

Ferrari-nin bugünkü ilk sərbəst yürüş sessiyasında qoruyucu sistemi Fettelin maşınına yerləşdirəcəyi gözlənilir. Gələn həftə Silverstounda daha çox test edilməsi planlaşdırılıb. Qoruyucu sistemin 2017-ci ildə bütün maşınlara yerləşdirilməsindən əvvəl 3-cü versiyasının da çıxacağı gözlənilir.

 

Qalereya


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 368
Teqlər , , ,
Paylaş

logo